Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq
İdman 346
2020-ci ildə Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub.BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Bu, 2019-cu illə müqayisədə 3,55% çoxdur.Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 57%-i və yaxud 13 947,5 milyon manatı neft, 43%-i və yaxud 10 536,5 milyon manatı isə qeyri-neft gəlirlərinin hesabına təmin ediləcək. Beləliklə, ARDNF-dən transfertlər büdcə gəlirlərində 48,1%, neft gəlirlərində isə 84,4% paya malik olacaq.

Oxşar xəbərlər

Son xəbərlər