Futbolçular arasında kütləvi dava - 8 qırmızı vərəqə göstərildi - VİDEO
07
okt
2019
10:23
Futbol üzrə Qvatemala çempionatında kütləvi dava olub.BAKU.WS xəbər verir ki, “Munisipal” - “Şelaxu” matçında futbolçular bir-birilərinə hücum ediblər.Texniki zonadakı futbolçular və məşqçilərin də davaya qoşulmasından sonra stadionda vəziyyət gərginləşib. Bir neçə futbolçu yerə yıxılıb, ayaqlar altında qalıb. Dava edən tərəfləri çətinliklə ayırmaq mümkün olub.Hakim davaya görə “Munisipal” komandasından 2 futbolçuya”, “Şelaxu” komandasından isə 4 futbolçuya qırmızı vərəqə göstərib. Bundan başqa hər iki komandanın baş məşqçiləri də qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb.Oyun “Munisipal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Evlər Bakının daha çox bu ərazisində satılır
Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb - 25 faiz.BAKU.WS-in məlumatına görə, Bu barədə T...