Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrə: "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, XXVIII turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Tovuzda yerli "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçiləri cari mövsümdə "Turan Tovuz"a qarşı uğursuz görüşlər keçirib. "Qarabağ" tovuzlularla keçirdiyi 3 matçda cəmi 1 xal qazanıb. Qurban Qurbanovun yetirmələri "Turan Tovuz"a hər iki ev görüşündə məğlub olub.
Rəqiblərini xeyli qabaqlayan "Qarabağ" 64 xalla vahid liderdir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz" 43 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları martın 29-30-da keçiriləcək.
28 mart (cümə)
19:30 "Turan Tovuz" – "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Oxşar xəbərlər
Toral Bayramov ikinci dəfə ata oldu
"Qarabağ" futbol klubunun üzvü Toral Bayramovun ailəsində sevinc yaşanıb – onun ikinci övladı dünyaya gəlib. Bu xoş xəbəri futbolçunun həyat yoldaşı Nəzrin Bayr...
