Futbol ulduzundan ürəkağrıdan etiraf: "6 yaşımda təcavüzə məruz qaldım"
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən mövsümü icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda keçirən məşhur futbolçu Dele Alli qalmaqallı açıqlamalar verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Qeri Nevilin yutub kanalına müsahibəsində narkotik istifadə etməsindən, təcavüzə uğramasından danışıb.
27 yaşlı futbolçu çətin uşaqlığı və bunun onu ABŞ-dəki reabilitasiya müəssisəsinə getməyə sövq etməsindən də bəhs edib.
"Mən gənc olanda heç vaxt başa düşə bilmədiyim şeylər olub. Reabilitasiyaya getmək həyatımın ən böyük qərarı və etməkdən qorxduğum bir şey idi", - deyə o bildirib.
O, əvvəllər həddindən artıq içki qəbul etdiyini etiraf edib:
"Mən pis bir əhatəyə düşdüm, mənə zərər verən şeylərə arxalanırdım.
6 yaşımda anamın dostu tərəfindən təcavüzə məruz qaldım. Anam içki aludəçisi idi. Narkotik vasitələr, alkoqollu içkilər düşkünü idim. Həqiqətlərdən qaçmaq üçün bu cür addımlar atırdım. Anam da içki düşkünü olub. 7 yaşımda siqaretə başladım. Vəziyyəti düzəltmək üçün Afrikaya göndərildim, amma orada da narkotik vasitələr sataraq yaşamağa çalışırdım".
Bu barədə danışan Dele Alli göz yaşlarını saxlaya bilməyib.
Lakin Alli, 12 yaşında bir ailə tərəfindən övladlığa götürüldükdən sonra həyatının dəyişdiyini söyləyib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...