Futbol tarixində ən çox qol vurmuş oyunçuların yeni SİYAHISI
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldo birinci pillədə qərarlaşıb.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.
Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) tamamlayır.
Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.
Qalereya
Oxşar xəbərlər
Messi ötən ilin ən yaxşı futbolçusu seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu ada...