Fransa klubu millimizin futbolçusunu istəyir

Fransa klubu millimizin futbolçusunu istəyir
İdman 231

"Alanyaspor"da çıxış edən Azərbaycan U-21 millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Lill” 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Liqa1 təmsilçisinin idman direktoru Luis Kampos oyunçu ilə maraqlandıqlarını təsdiqləyib. O, Türkiyədə daha 4 futbolçunu izlədiklərini bildirib.

Qeyd edək ki, Mustafa Yıldırım U-21 millimizin AVRO-2021-in seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçirilən Azərbaycan-Fransa matçının ikinci hissəsində iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər