Fransa ilə oyunda məşhurlaşan isveçrəli futbol fanatına aviabilet hədiyyə olundu

Fransa ilə oyunda məşhurlaşan isveçrəli futbol fanatına aviabilet hədiyyə olundu
İdman 409

Futbol üzrə İsveçrə milli komandasının çılğın azarkeşi yığmanın Fransa seçməsi ilə 1/8 final matçından sonra məşhurlaşan şəxsə bilet hədiyyə olunub.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, İsveçrə Hava Yolları (Swiss Air) ona gözlənilməz hədiyyə edib.

Aviaşirkət gənc futbolsevərə Sankt-Peterburq şəhərinə uçmaq üçün bilet təqdim edib. Belə ki, İsveçrə futbolçuları Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində İspaniya yığmasıyla məhz burada üz-üzə gələcəklər.

Qeyd edək ki, matç iyulun 2-də keçiriləcək və Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər