Fransa - Albaniya oyununda biabırçılıq - Ermənistandan üzr istədilər - VİDEO

08
sen
2019
11:22
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Albaniya yığmaları qarşılaşıb. BAKU.WS xəbər verir ki, qarşılaşmadan öncə Albaniya millisinin himni səhv çalınıb. Əvvəlcə Andoranın, daha sonra isə Monteneqro himni səsləndirilib. Şok keçirən futbolçular və texniki heyət himnin düzgün çalınmasını tələb edib.Bu azmış kimi stadiondakı diktor Albaniya yerinə Ermənistandan üzr istəyib.Sonda səhvini düzəldən fransızlar Albaniyanın dövlət himnini stadionda səsləndirib.Ancaq bu böyük səhv dünya gündəmini zəbt edib. Nüfuzlu nəşrlər bu olayı "Fransada böyük qalmaqal" başlığı ilə oxucularına çatdırıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB
Yığmamız Qaret Beylin qolu ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. ***Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər s...
