“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar - YENİLƏNİB

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar - YENİLƏNİB
İdman 100

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

“Prema Racing”in pilotu Oliver Bearman yarışın qalibi olub. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula 1”də əsas yarış saat 15:00-da başlayacaq.

***12:38

Bakıda təşkil olunan Azərbaycan Qran-prisində “Formula-2”nin əsas yarışı başa çatıb.

29 dövrənin tamamında “Prema Racing”in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.

“Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.

“Hitech”dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.

Qeyd edək ki, “Formula-1”də əsas yarış saat 15:00-da başlayacaq.//oxu.az

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar - YENİLƏNİB

***12:10

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında 20 dövrə tamamlanıb.

"Report"un məlumatına görə, "Hitech" komandasının pilotu İsak Hacar liderliyini davam etdirir.

***11:32

Bakıda təşkil olunan "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

29 dövrədən ibarət mübarizə saat 11:25-də start götürüb.

Sıralama turunda "Prema Racing"in pilotu Oliver Bearman ən yaxşı nəticəni göstərmişdi. "Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olmuşdu.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər