"Formula 1"ə görə yaşayış yerlərinə giriş-çıxışa necə icazə veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi müddətdə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
"Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq həftənin bazar ertəsindən cümə gününə kimi saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. "Formula 1"ə görə Bakıda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
“Formula 1”də yeni mövsümün tam təqvimi açıqlandı
“Formula 1”də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb. Bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20...