"Feyenord"un futbolçusu Azərbaycan millisində - FOTO
AFFA "Feyenord"un U-19 və U-21 komandalarında çıxış edən Ozancan Kökcü AFFA-dan təklif alıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yanvarın 7-də U-21 millimizin Antalyada start götürəcək təlim-məşq toplanışına dəvət edilib.
Kökcüyə Türkiyə millisindən də təklif gələcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasından təklif olmadığı üçün o, Azərbaycan yığmasında oynamağa razılıq verib.
Qeyd edək ki, Kökcünün "Feyenord"la müqaviləsi bu mövsümün sonu başa çatır. Gənc futbolçu dünən "Mançester Siti"dən təklif alıb. Onun xidmətində "Latsio" da maraqlıdır. Lakin Hollandiya klubu Kökcüylə yeni müqavilə imzalamaq istəyir.
Oxşar xəbərlər
Rövnəq Abdullayev fövqəladə toplantı keçirdi
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnə...