Fərrux Mahmudov “Neftçi”nin prezidenti təyin edilib
Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.
Oxşar xəbərlər
AFFA iki kluba Premyer Liqada iştirak üçün lisenziya verdi
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda 2023/24-cü illər mövsümündə UEFA-nın kl...