"Ferentsvaroş"un prezidenti "Qarabağ"la oyun üçün azarkeşlərə səsləndi

Ferentsvaroşun prezidenti Qarabağla oyun üçün azarkeşlərə səsləndi
İdman 180

Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı azarkeşlərə çağırış edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, klubun rəsmi simvolu olan qartal talismanı ilə fotosunu paylaşan funksioner fanatları stadiona səsləyib.

O, postda "Haydı uşaqlar. Döyüşmək və irəki getmək lazımdır" yazıb.

Qeyd edək ki, avqustun 9-da "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər