"Fənərbağça" - "Qalatasaray" cəbhəsində ara qızışdı - Bir-birlərinə sərt ismarışlar - FOTO

Fənərbağça - Qalatasaray cəbhəsində ara qızışdı - Bir-birlərinə sərt ismarışlar - FOTO
İdman 5

Ötən gecə "Fənərbağça" evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edərək liderliyi "Qalatasaray"a verib və bu, iki klub arasında sərt müzakirələrə səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray"ın hakimi tənqid edən paylaşımına "Fənərbağça"nın cavabı gecikməyib.

"Kanaryalar" əzəli rəqibinə cavab verdiyi paylaşımı belədir:

"Kor hakimlər, gülməli penaltilər, qalmaqallı hakim qərarları və teatrlaşdırılmış matçlar haqqında ən yaxşı bilən kluba qeydimiz: "Hər kəs özündən bilir işi”.

Son olaraq "Fənərbağça" qeyd edib ki, bunu haqqı olan qazanacaq. Manipulyasiya və yalan deyil:

""Fənərbağça" çempion olacaq!".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər