"Fənərbağça"da indi də Joze Mourinyo zədələndi
31
okt
2024
16:03
"Fənərbağça" Türkiyə Superliqanın 11-ci həftəsində "Trabzonspor"la səfər matçının hazırlıqlarını davam etdirir. Məşqdən sonra ərazini tərk edən baş məşqçi Joze Mourinyonun axsaq olması diqqət çəkib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis məşq zamanı futbolçu ilə toqquşub.
Məlumata görə, Mourinyonun vəziyyəti yaxşıdır.
Xatırladaq ki, "Trabzonspor" - "Fənərbağça" matçı noyabrın 3-ü, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq?
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə so...