FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib - FOTO

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib - FOTO
Foto
İdman 60

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Arkadi Dvorkoviç prezidenti İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Azərbaycan Şahmat Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bağlanış mərasimindən sonra qaliblərlə görüşən funksioner onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər