FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Türkiyə klubuna uduzub

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Türkiyə klubuna uduzub
İdman 0

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Bağçaşəhər” kollektivini qəbul edib.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə bitib - 65:83.

Qeyd edək ki, "Sabah" ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub.

Son xəbərlər