Falaye Sakonun "Neftçi"nin təklifini qəbul etmə səbəbi bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Falaye Sakonun "Neftçi"yə keçidinin detalları müəyyənləşib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Monpelye"nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.
Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi olub. "Monpelye" Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv edilib.
Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız "Neftçi" yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini "ağ-qaralar"ın xeyrinə edib.
Qeyd edək ki, Sako "Neftçi" ilə iki illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...