Fabinyonun Səudiyyə Ərəbistanına transferi itlərinə görə gecikir

Fabinyonun Səudiyyə Ərəbistanına transferi itlərinə görə gecikir
İdman 58

"Liverpul"un yarımmüdafiəçisi Fabinyonun Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçidi təhlükə altındadır.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca"nın məlumatında bildirilir.

Nəşrin məlumatına görə, transferin uğursuzluğuna səbəb futbolçunun itləri ola bilər.

Səudiyyə Ərəbistanı fransız buldoqlarının ölkəyə girişinə qadağa qoyub. Fabinyo isə bu cinsdən olan iki itini özü ilə aparmaq istəyir.

Ölkə fransız buldoqlarını təhlükəli və aqressiv hesab edir. Bu itlərə yalnız ov və ya korlar üçün bələdçi kimi ölkəyə daxil olmağa icazə verilir. Klub hökumətdən Fabinyonun itlərlə birlikdə gəlişinə razılıq verməsini istəyib.

Qeyd edək ki, 2018-ci ildə Fransa "Monako"sundan "Liverpul"a keçən Fabinyonun Mersisayd klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər