Əsrin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards” XXI əsrin ən yaxşısı adına namizədləri açıqlayıb.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, 2001-2020-ci illərin ən yaxşı futbolçusu, məşqçisi və komandası adlarının hərəsinə 4, agenti olmağa 3 namizəd müəyyənləşib.
Kriştiano Ronaldo, Lionel Messi, Məhəmməd Salah və Ronaldinyo futbolçu, Pep Qvardiola, Zinəddin Zidan, Joze Mourinyo və Aleks Ferqyuson məşqçi kimi ən yaxşı olmağa iddia edir.
“Barselona”, “Real”, “Liverpul” və Misirin “Əl-Əhli” komandaları ən yaxşı komanda adına namizəddir. Mino Rayola, Jorje Mendeş və Covanni Brankini agent kimi ən yaxşı ola bilər.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...