Erməni idmançının qolu sındı (VİDEO+18)
Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında erməni idmançı Andranik Karapetyanın qolu sınıb.
BAKU.WS-in məlumatına görə, ağır atletikada 77 kq çəkidə mübarizə aparan idmançı 174 kq ağırlığı başı üzərinə qaldırıb. Daha sonra nəticəsini yaxşılaşdırmaq istəyən erməni atlet 176 kq çəkini qaldıra bilməyib.
Təkanla qaldırmada bəxtini sınayan idmançı 195 kq çəkini qaldırmağı bacarmayıb və növbəti cəhddə qolu sınıb.
Əlindəki stanq yerə düşən Karapetyan ağrılar içərisində qışqırmağa başlayıb. Bu hadisədən sonra dərhal meydançadan çıxarılan idmançıya həkimlər müdaxilə edib. Karapetyan mübarizəni yarımçıq tamamlayıb.
Şahin HəbibovBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı idmançı dünya rekordu ilə olimpiya çempionu oldu
Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırı...