Ermənistan millisi Olimpiadadan qovuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan təmsilçiləri Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıblar və Azərbaycanla oynamayacaqlar.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hazırda turnirin 1/4 final mərhələsi çərçivəsində davam edən oyunda Azərbaycan millisi Polşa ilə qarşılaşır.
Mümkün qələbə sayəsində millimiz Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşmalı idi. Ancaq sözügedən mübarizə skandalla yekunlaşıb.
Oyunun gedişatında erməni şahmatçılardan birinin interneti kəsilib və yekunda Ermənistan 2.5:3.5 hesabı ilə uduzub. Ermənistan tərəfi qarşılaşmanın yenidən keçirilməsini tələb etsə də, FİDE buna etiraz edib.
Etirazların davamında Ermənistan millisi yarışdan uaqlaşdırılıb və onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.
Beləliklə, əgər bu gün Azərbaycan millisi Polşaya qalib gəlsə, sabah yarımfinalda Hindistanla üz-üzə gələcək.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...