Ermənini məğlub edən azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıtdı - FOTOREPORTAJ

Ermənini məğlub edən azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıtdı - FOTOREPORTAJ
Foto
İdman 174

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı yaxınları, idman ictimaiyyətinin və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, 61 kq-da mübarizə aparan 23 yaşlı Elnar İbrahimov iyunun 26-da keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər