Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları
Si̇yahı Foto
İdman 65

2026-cı il dünya çempionatı təkcə futbol mübarizəsi ilə deyil, həm də meydandan kənarda gördükləri xeyriyyəçilik fəaliyyəti ilə seçilən futbolçularla diqqət çəkir.

BAKU.WS-in məlumatına görə, müharibə, yoxsulluq və sosial problemlərlə üzləşmiş ölkələrdən çıxan bu oyunçular qazandıqları nüfuzu və gəlirləri öz xalqlarına yardım etmək üçün istifadə edirlər.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Sedrik Bakambu (Konqo DR, "Betis")

Bakambu uzun illər ərzində qazandığı vəsaiti doğma ölkəsində humanitar layihələrə yönəldir. Onun yaratdığı fond hər gün minlərlə qaçqın uşağı isti yeməklə təmin edir, xəstəxanalara tibbi avadanlıq alır, məktəbləri dəstəkləyir və uşaq əməyinə qarşı mübarizə aparır. O, həmçinin Konqoda davam edən müharibəyə diqqət çəkmək üçün milli komandanın etiraz aksiyalarının təşəbbüskarlarından biridir.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Musa Əl-Tamari (İordaniya, "Renn")

Avropanın aparıcı çempionatlarında çıxış edən ilk iordaniyalı futbolçu olan Əl-Təmari mütəmadi olaraq aztəminatlı ailələrə və yerli xeyriyyə təşkilatlarına maddi yardım göstərir. O, xüsusilə ərzaq təminatı və sosial dəstək layihələrini maliyyələşdirir.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Rayan Mendeş (Kabo-Verde, "İğdır")

Milli komandanın kapitanı və rekordçusu ölkəsində gənclərin cinayətkar qruplara qoşulmaması üçün futbol akademiyalarını dəstəkləyir. O, uşaqlar üçün idman geyimləri və inventar alır, istedadlı gənclərin Avropadakı klublarda sınaqdan keçməsinə kömək edir.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Nestori İrankunda (Avstraliya, "Uotford")

Qaçqın ailəsində dünyaya gələn 20 yaşlı futbolçu bu gün Avstraliyada qaçqın ailələrinin cəmiyyətə inteqrasiyasına yönəlmiş xeyriyyə proqramlarının simalarından biridir. O, öz həyat hekayəsi ilə minlərlə insana ümid verir.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Rikardo Ad (Haiti, LDU Kito)

Haitidə ağır humanitar böhran davam etdiyi bir vaxtda təcrübəli müdafiəçi qazancının böyük hissəsini xəstəxanalar üçün generatorların, yanacağın və ərzağın alınmasına sərf edir. O, doğulduğu bölgənin əsas dəstəkçilərindən hesab olunur.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Əli Əl-Hamadi (İraq, "Luton")

İngiltərədə çıxış edən iraqlı hücumçu humanitar yardım kampaniyalarının təşkilində fəal iştirak edir. O, İraqda müharibədən zərər çəkmiş bölgələrə dərman, idman ləvazimatları və digər zəruri vasitələrin göndərilməsini maliyyələşdirir.

Ən çox xeyriyyəçilik edən Dünya çempionatı iştirakçıları

Leandro Bakuna (Kürasao, "Qroningen")

Bakuna doğma adada narkotik cinayətkarlığının qarşısını almaq məqsədilə idman infrastrukturunun yaradılmasına sərmayə yatırır. O, uşaqlar üçün futbol meydançaları salınmasına, yerli liqaların inkişafına və gənc futbolçuların Avropa akademiyalarına göndərilməsinə dəstək verir.

Qeyd edək ki, bu futbolçular göstərirlər ki, dünya çempionatı təkcə idman yarışı deyil, həm də cəmiyyətə müsbət təsir göstərmək üçün böyük platformadır. Onlar meydandakı uğurları ilə yanaşı, sosial məsuliyyətləri ilə də milyonlarla insana nümunə olurlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər