Emrelinin debüt etdiyi oyunda “Dinamo” liderliyə yüksəldi - FOTO

Emrelinin debüt etdiyi oyunda “Dinamo” liderliyə yüksəldi - FOTO
İdman 139

Azərbaycan millisinin üzvü Mahir Emreli Xorvatiya çempionatında debüt edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, M.Emreli Zaqreb “Dinamo”sunun “Sibenik”i qonaq etdiyi oyunda meydan sahiblərinin start heyətində yerdə alıb.

Qarşılaşmanın 60-cı dəqiqəsində M.Emrelini K.Andric əvəzləyib.

Qarşılaşma ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbə ilə ehtiyatda bir oyunu da olan “Dinamo” 53 xalla ilk pilləyə yüksəlib. İkinci pillədə qərarlaşan “Osiyek” də eyni xala sahibdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər