Emreli borcunu ödədi, FİFA qadağanı ləğv etdi
10
okt
2022
15:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
FİFA tərəfindən “Legiya”ya 100 min avro borcu olduğuna görə cəzalanan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli borcunu ödəyib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Emreli ali futbol qurumunun cəzasını açıqladığı günün sabahısı həmin məbləği Polşa klubunun hesabına köçürüb.
Bildirilir ki, bu məbləğ təxminən 105 min avro olub. 100 min avro borcunun üzərində 5 min avro da cərimə olaraq ödənilib.
FİFA-nın da Mahir Emreli ilə bağlı qərarı artıq ləğv edilib.
Oxşar xəbərlər
"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib. BAKU.WS "report”a istinadən xəbər verir ki...