Emin Mahmudov: “Meydana qələbə üçün çıxacağıq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Sabah meydana qələbə üçün çıxacağıq”.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avstriyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.
Yığmanın kapitanı güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Bizi güclü komandaya qarşı oyun gözləyir. İntensiv futbol oynayırlar. Yaxşı nəticələrin davamını gətirmək istəyirik. Çox sıx oynamaqla bir-birimizə yaxın olmalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Ara ötürmələrində yaxşıdırlar. Arxada top itirməməliyik. Səfərdə 1:4 hesabı ilə uduzanda topu bizdən alıb hücuma qoşulurdular. Avstriyaya çox şans verməməyə çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi səfərdə Estoniyanı məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qon...