Elxan Məmmədov: "AVRO-2020-nin formatının dəyişdiriləcəyinə inanmıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"UEFA-nın baş katibinin xüsusi məktubu var. Onlar da səbirsizliklə turniri gözləyirlər. 2 gün öncə UEFA bununla bağlı konfrans keçirdi. Mən də orada öz mövqeyimizi dedim. Təəssüf ki, UEFA yekun qərarını apreldə açıqlayacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, AVRO-2020-nin təşkil olunacağı 12 şəhərin vəziyyəti tam fərqlidir. Onun fikrincə, hər şəhərə uyğun standart tətbiq olunacaq".
E.Məmmədov Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etməsi baxımından imkanlarını da dəyərləndirib: "Bəzi Qərb ölkələrində sərt karantin rejimi tətbiq olunur. Bizdə isə müəyyən məhdudiyyətlər yumşaldılıb. Ümid edirəm ki, bundan sonra sərtləşmə olmayacaq. Amma heç kim buna zəmanət verə bilməz. Həftədə bir dəfə ümumi vəziyyəti müzakirə edirik.
İnanmıram ki, UEFA formatı dəyişəcək. Təbii ki, kiminsə imtina etməsi istisna deyil. Stadionların 100 faiz azarkeşlərə qayıdışı sual altındadır. Müxtəlif ssenarilər var".
Qeyd edək ki, Avropa çempionatı bu il 11 iyun-11 iyulda keçirilməlidir.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...