Elmar Baxşıyev: Bizi sona qədər dəstəkləyən azarkeşlərə təşəkkür edirəm
Yeniliklərdən dərhal xəbərdar olun
"Azarkeşlərə həm özüm, həm də komanda adından təşəkkür edirəm. Qol buraxsaq da, bizi sona qədər dəstəklədilər".
BAKU.WS xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gələn "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bildirib.
"Komandama da təşəkkür edirəm. Yaxşı oyun və iş ortaya qoydular. Qarşıdakı günlərdə komandamızın potensialı daha da artacaq. Bu oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq.
"Aris"in usta futbolçuları var və onlar bizi səhv etməyə məcbur edirlər. Lakin komandamızın xarakteri var və yaxşı futbolçulara sahibik. Buna görə, layiqli qələbə qazandıq",-deyə E.Baxşıyev əlavə edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. BAKU.WS xəbə...