Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub
01
avq
2026
13:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst güləşçisi Elgün Kərimli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...