El Klasiko: "Real Madrid" "Barselona"nı məğlub edərək, liderliyə yüksəldi
24
okt
2021
20:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real Madrid" komandaları arasında keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero "Barselona"nın təsəlli qolunun müəllifi olub.
Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir.
Oxşar xəbərlər
AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda - VİDEO
Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, III turda İspaniya Slovakiya ilə üz-üz...