Dursun Özbek Muslera ilə bağlı tapşırıq verdi - FOTO

“Qalatasaray”ın 13 illik qapıçısı Fernando Musleranın klubdakı gələcəyinə aydınlıq gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi sezon sonu müqaviləsi bitən futbolçunu saxlamaqda qərarlıdır.
Məlumata görə, “Qalatasaray” rəhbərliyi ilə Musleranın meneceri arasında görüşlər nəticə vermədiyi üçün Dursun Özbek araya girib.
O, işçilərinnə göstəriş verərək Muslera ilə müqavilə müddətini artırmağı tələb edib.
“Qalatasaray” Rəhbərliyi bu həftə Muslera ilə ilk rəsmi görüşü keçirəcək. İddialara görə, rəhbərlik kapitan Musleraya yeni 2 illik müqavilə təklif edəcək.
Xatırladaq ki, daha əvvəl Musleranın 2,2 milyon avro tələb etdiyi, "Qalatasaray"ın isə 1,5 milyon avro təklif etdiyi və bu məsələdə ortaq qərara gəlinmədiyi açıqlanmışdı.
“Qalatasaray”dan illik 2,5 milyon avro maaş alan Musleranın bu dəfə maaşa qane olub-olmayacağı maraq doğurur.
Qalereya

Oxşar xəbərlər
Musleraya sürpriz təklif! Qərarını mövsümün sonunda verəcək
"Qalatasaray"ın müqaviləsini uzatmaq istədiyi Fernando Musleraya sürpriz təklif gəlib. BAKU.WS bu barədə "Milliyet.com"a istinadən xəbər verir. Uruqvaylı italya...