Musleraya sürpriz təklif! Qərarını mövsümün sonunda verəcək

Musleraya sürpriz təklif! Qərarını mövsümün sonunda verəcək
İdman 85

"Qalatasaray"ın müqaviləsini uzatmaq istədiyi Fernando Musleraya sürpriz təklif gəlib.

BAKU.WS bu barədə "Milliyet.com"a istinadən xəbər verir.

Uruqvaylı italyanların diqqət mərkəzindədir. B seriyasında mübarizə aparan komandalardan olan "Parma", A seriyasına yüksələcəyi təqdirdə qapısını ulduz futbolçuya həvalə etmək istəyir.

İtaliya komandasının 37 yaşlı qolkiperin meneceri ilə görüşdüyü və bu görüşdə transfer şərtlərinin müzakirə edildiyi qeyd olunur.

Bildirilib ki, "Parma" Musleraya 2 illik müqavilə təklif etməyi planlaşdırır.

2011-ci ildən "Qalatasaray"da çıxış edən və "sarı-qırmızılılar" ilə böyük uğur qazanan Musleranın transferi ilə bağlı qərarını mövsümün sonunda açıqlayacağı deyilir.

Təcrübəli futbolçunun ailəsi ölkəsinə qayıtmaq istəyir. Muslera isə karyerasını Avropada davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, qolkiper bu mövsüm 38 matçda iştirak edib.

Son xəbərlər