Dünyanın ən bahalı yarımmüdafiəçiləri - SİYAHI
Futbol dünyasında oyunçu dəyərləri ilə tanınan nüfuzlu "Transfermarkt" portalı hazırda bazar qiyməti ən yüksək olan yarımmüdafiəçilərin siyahısını yayımlayıb.
BAKU.WS xəbər verir ki, reytinq cədvəlinin zirvəsində İspaniyanın "Real Madrid" klubunda çıxış edən və İngiltərə millisinin aparıcı üzvlərindən sayılan Cud Bellinqem qərarlaşıb. 22 yaşlı futbolçunun transfer dəyəri 160 milyon avro olaraq göstərilir.
İkinci sırada "Barselona"nın heyətində oynayan 23 yaşlı ispaniyalı yarımmüdafiəçi Pedri yer alıb. Onun bazar qiyməti 140 milyon avro ilə qiymətləndirilir.
İlk üçlüyü isə Almaniyanın "Bavariya" klubunun gənc ulduzu Camal Musiala tamamlayır. 22 yaşlı oyunçunun dəyəri 130 milyon avro təşkil edir.
Reytinqin ilk onluğuna daxil olan digər futbolçular arasında Koul Palmer ("Çelsi", 120 milyon avro), Federiko Valverde ("Real Madrid", 120 milyon avro), Deklan Rays ("Arsenal", 120 milyon avro), Moyses Kaysedo ("Çelsi", 110 milyon avro), Joau Neveş (PSJ, 110 milyon avro), Florian Virtz ("Liverpul", 110 milyon avro) və Vitinya (PSJ, 110 milyon avro) da yer alıb.
Oxşar xəbərlər
Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı
Millimizin və "Kəpəz"in futbolçusu Məmməd Hüseynov həndbol yığmamızın üzvü Səkinə Musayeva ilə nişanlanıb. BAKU.WS xəbər verir ki, bu barədə gənc qolkiper inst...