Dünya Seriyasında çıxış edəcək Azərbaycan güləşçiləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının Türkiyənin Sarıgerme qəsəbəsində keçiriləcək Dünya Seriyasının ilk mərhələsi üçün heyəti açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 28-29 mayda təşkil olunacaq yarışda 4 çəki dərəcəsi üzrə 5 idmançı mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) qüvvəsini sınayacaq.
Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində yarışacaqlar. Daha sonra yarımfinal və final görüşləri olacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Oyan Nəzəriani və İbrahim Yusubov dünya ikincisi oldu - FOTO
Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. BAKU.WS Azərbaycan Güləş Federasiyasına is...