Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Abasov rəqibi qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.
Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.
1/8 finalda ilk partiya Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
Oxşar xəbərlər
Nicat Abasov: "Qarabağ" və "Sabah"ın avrokubok qələbələri mənə ruh yüksəkliyi verdi"
"Qarabağ" və "Sabah"ın avrokuboklardakı qələbələri mənə bir qədər ruh yüksəkliyi verdi". "Report"un məlumatına görə, bunu Bakıda keçirilən Dünya Kubokunda 1/8 f...