Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb - FOTO

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb - FOTO
Foto
İdman 105

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna final görüşü baş tutub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.

Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb.

Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün komanda qızıl medala yiyələnib.

Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.

Yunan-Roma güləşi üzrə Dünya KubokuFinal

Azərbaycan - İran - 5:5

55 kqEldəniz Əzizli - Poya Marz - 4:1

60 kqNihad Məmmədli - Mohsen Nejad - 4:5

63 kqTaleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8

67 kqHəsrət Cəfərov - Danial Söhrabi - 5:1

72 kqÜlvi Qənizadə - Mohammedeza Rustami - 4:3

77 kqSənan Süleymanov - Arif Həbibullahi - 7:1

82 kqRafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1

87 kqMurad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2

97 kqArif Niftullayev - Mehdi Balihamzede - 2:5

130 kqBeka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər