Dünya çempionu: "Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Finaldakı rəqibim gənc və perspektivli idmançı idi. Artıq bir dəfə Avropa çempionu olub. Çox yaxşı mübarizə apardı".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın yunan-Roma güləşçisi Roman Vlasov Norveçin paytaxtı Oslodakı dünya çempionatının finalında Azərbaycan təmsilçisi Sənan Süleymanovla görüşü barədə "İzvestiya" nəşrinə müsahibəsində deyib.
77 kq-da mübarizə aparan idmançı 2:1 hesabı ilə qələbə qazandığı həlledici qarşılaşmanın asan keçmədiyini bildirib: "Görüşə fərqli hazırlaşmışdım. Düşünürdüm ki, xalça üzərinə çıxıb öz fəndlərimi tətbiq edəcək və qalib gələcəyəm. Amma rəqib cəmi 1 xal verdi. Xoşbəxtlikdən daha 1 xal götürdüm və bunu qoruya bildim. Rəqibin itiriləsi heç nəyi yox idi. Mübarizənin sonunda çox yoruldum, hətta uduzacağımı düşündüm".
Qeyd edək ki, finalda uduzan Sənan Süleymanov gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub
Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində müba...