Dünya çempionatı: Stend atıcılığında final yarışı başa çatıb - FOTO
18
avq
2023
20:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı başa çatıb.
“Report”un məlumatına görə, turnirdə qızıl medalı 54 xalla Slovakiya təmsilçisi Danka Bartekova qazanıb.
Ondan cəmi 1 xal geri qalan Dania Vissi ikinci yeri tutub. Yunanıstanlı Emmanuela Katzuraki isə bürünc mükafata yiyələnib.
İlk yeri tutanlarla yanaşı, finalçı Krovetto Çadid və finala yüksələ bilməyən Türkiyə təmsilçisi Sena Can Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Moskva-1980-in iştirakçısı Bakıya Paris Olimpiadasına lisenziya həvəsi ilə gəlib - MÜSAHİBƏ + FOTO/VİDEO
Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatında maraqlı şəxslərə rast gəlmək mümkündür. Onlardan biri də Peru Atıcılıq Federasiyasının prezidenti,...