Dünya çempionatı: Eldəniz Əzizli və Rafiq Hüseynov finala yüksəliblər - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
82 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.
Daha əvvəl Eldəniz Əzizli finala vəsiqə qazanıb.
***18:59
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında finala yüksəlib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Puya Dad Marzla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Əzizli sabah qızıl medal uğrunda görüşə çıxacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...