Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azərbaycanın digər qadın güləşçisi Birgül Soltanova (62 kq) da bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Luisa Şeel (Almaniya) / İva Geriç (Xorvatiya) cütünün qalibi olacaq. Qarşılaşma avqustun 20-də gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi bürünc medal qazandı
Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycanın daha 2 sərbəst güləşçisi medal qazanıb. BAKU.WS Güləş Federasiyasına istinad...