Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazana bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gələcək.
Axşam saatlarında isə 65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Təcrübəli pəhləvanın rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Oxşar xəbərlər
Eldəniz Əzizli ikinci dəfə dünya çempionu oldu, Ülvi Qənizadə gümüş medal qazandı - YENİLƏNİB
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. BAKU.WS Report-a istinadl...