Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız İlham Zəkiyev Dünya Çempionatının gümüş medalına sahib olub.
"Report" xəbər verir ki, İlham Zəkiyev finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.
Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).
***18:27
Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib.
Bu çəkidə medal görüşləri başa çatdıqdan sonra mükafatlandırmə mərasimi olub. Mükafatları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Vətən Müharibəsi şəhidi, cüdo ilə məşğul olmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə təqdim edib.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl kişilərdən 73 kq-da Namik Abbaslı, qadınlardan isə 48 kq-da Şəhanə Hacıyeva 3-cü yeri tutub.
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...