Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
"Light sanda" növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.
Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.
Oğlanlar arasında isə Rəsul Əsgərov (11-12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13-15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11-12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.
Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.
Oxşar xəbərlər
"Qızıl top" Parisdə təqdim olunacaq - Futbol dünyası üçün həlledici tarix açıqlandı
"France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki "Teatr dü...
