Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır
2026-cı il dünya çempionatının final oyununa biletlər fantastik qiymətə satışa çıxarılıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, biletlərin qiymətləri rekord həddə çatıb.
FIFA tərəfindən təsdiqlənmiş ikinci əl satış platformasında bir neçə bilet satışa çıxarılıb, bunlardan dördü qapılardan birinin arxasında yerləşir.
1-ci kateqoriyada yerləşən sektorlara biletlərin qiyməti 16 000–24 000 dollar arasında dəyişir. 3-cü kateqoriyada bir biletin qiyməti isə 2,3 milyon dollara satılır.
Bildirilir ki, hər bir satıcı platformada istədiyi qiyməti müəyyən etməkdə sərbəstdir və FIFA buna nəzarət etmir.
"MetLife" stadionunda finalı izləmək üçün ən ucuz bilet 11 000 dollar təşkil edir.
Oxşar xəbərlər
"Qarabağ"ın heyətində CİDDİ İTKİ
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev"ə qarşı keçirilən cavab oyununda zədələnib. BAKU.WS kl...