Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 4 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün çıxış edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...