Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/6 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) uduzub.
Sübhan Axundov isə (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...