İdmançı Olimpiadada çıxış etmək əvəzinə Yaponiyada iş axtarır
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın İdzumisano şəhərində düşərgədə itkin düşən uqandalı ağırçəkili atletin qaldığı hoteldən məktubu tapılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o ölkəsindəki çətin həyat və Yaponiyada iş axtarmaq niyyətində olduğu barədə yazıb.
Ötən gün 20 yaşlı Culius Sekitolekonun gündəlik PCR testinə gəlmədiyi məlum olub. Sonra Yaponiyada qaldığı müddətdə dünya reytinqinin düşdüyü və olimpiadalara qatıla bilmədiyi ortaya çıxıb. O da, məşqçisi də Yaponiyanı tərk etməli idi.
Atlet eyni zamanda Uqandadakı arvadı üçün də məktub yazıb. Məlum olub ki, idmançı yaxın stansiyadan böyük şəhər olan Naqoya gedən sürət qatarına bilet alıb.
Polis onun axtarışına davam edir.
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...