Dibala möhtəşəm qoldan sonra türk futbolçuya əsgər salamı verdi - VİDEO

Dibala möhtəşəm qoldan sonra türk futbolçuya əsgər salamı verdi - VİDEO
Video
İdman 1316

Noyabrın 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start verilib.

BAKU.WS xəbər verir ki, turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gəlib.

Turun ən diqqət çəkən hadisəsi “Yuventus” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) qarşılaşmasında baş verib. Belə ki, italyanların qolunu 45-ci dəqiqədə vuran Dibala komanda yoldaşı Merih Demirala dəstək üçün əsgər salamı verib.

Futbolçunun bu jesti kameraların obyektivinə tuş gəlib.

Qeyd edək ki, türk futbolçular Türkiyə yığmasının matçlarında əsgər salamı verdikləri üçün UEFA tərəfindən araşdırmalara başlanıb. Futbolçuların cəzalana biləcəyi gündəmdədir.

Oxşar xəbərlər

Çempionlar Liqasının yeni topunu təqdim edilib

Çempionlar Liqasının yeni topunu təqdim edilib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında istifadə ediləcək rəsmi topu təqdim edib.“Report” qurumun “facebook” səhifəsinə istinadən xəbər veri...

728 İdman 17:04 19 yanvar 2019

Son xəbərlər