Deşam Fransa millisinin baş məşqçisi postundan getdi
19
iyl
2026
10:58
Didye Deşam Fransa milli komandasının baş məşqçisi postundan ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Fransa yığması həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.
Fransa millisi DÇ-2026-da bürünc medal uğrunda matçda İngiltərəyə məğlub olub.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. BAKU.WS xəbər verir ki,...